“Əxlaqsız "kişi"lərin cəmiyyətdə rahat gəzməsinə imkan vermək olmaz”. “Əxlaqsız "kişi"lərin cəmiyyətdə rahat gəzməsinə imkan vermək olmaz”.

Deputatdan sərt çağırış - “Əxlaqsız “kişi”lərin...”

“Əxlaqsız "kişi"lərin cəmiyyətdə rahat gəzməsinə imkan vermək olmaz”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva 21 yaşlı qadının yaxın qohumu tərəfindən zorlanması hadisəsinə münasibətində deyib. Onun sözlərinə görə, bu cinayəti törədənlərə qarşı cəzalar sərtləşdirilməlidir:

“Qadınlara qarşı onların köməksizliyindən, utanıb ailəsinə xəbər verməyəcəyindən istifadə edərək bu dəhşətli cinayəti törədənlərin hamısına qarşı cəzalar sərtləşdirilməlidir. İnsanlar utanmamalıdırlar və belə hallarda mütləq hüquq mühafizə orqanlarına müraciət etməlidirlər”.

Deputat bildirib ki, bu cinayətdə iştirak edən hər bir vətəndaş layiq olduqları cəzanı almalıdırlar:

“Həmin cəza bu niyyətdə olanlara ağır dərs olacaq”.

Bahar RÜSTƏMLİ

AzNews.az