12:56
(077) 610-22-33

Qardaşının arvadını çəkiclə öldürmək istədi

  • >
2 075 16 Avqust 2017 12:00 | Cəmiyyət

Qazax rayon sakini qardaşının arvadını çəkiclə döyərək xəsarət yetirib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Birinci Şıxlı kəndində baş verib.

Belə ki, kənd sakini, 1981-ci il təvəllüdlü Valeh Qurban oğlu Əhmədov öz qardaşı arvadı Ceyhunə Elşən qızı Həsənovanın başına çəkiclə bir neçə zərbə vuraraq onu öldürməyə cəhd edib. Ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

V.Əhmədovun ruhi-əsəb xəstələyindən əziyyət çəkdiyi bildirilir. O, polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

AzNews.az

Bağla X