Tbilisi şəhərinin azərbaycanlıların sıx yaşadığı Poniçala qəsəbəsində növbəti xüsusi əməliyyat keçirilib. Tbilisi şəhərinin azərbaycanlıların sıx yaşadığı Poniçala qəsəbəsində növbəti xüsusi əməliyyat keçirilib.

Tbilisidə azərbaycanlıların yaşadığı qəsəbədə növbəti xüsusi əməliyyat keçirilib

Tbilisi şəhərinin azərbaycanlıların sıx yaşadığı Poniçala qəsəbəsində növbəti xüsusi əməliyyat keçirilib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, nəticədə narkotik vasitələrin satışı və saxlanılmasında şübhəli bilinən Faiq Hüseynov adlı şəxs saxlanılıb.

Saxlanılan şəxsin qohumları ittihamları əsassız adlandırıblar.

Qeyd edək ki, son günlər adıçəkilən qəsəbədə həyata keçirilmiş xüsusi əməliyyatlar nəticəsində 5 nəfər saxlanılıb. Saxlanılanlar arasında olan Nazim və Mahir Cəfərov qardaşları ilə bağlı məhkəmə həbs qəti imkan tədbiri seçib.