Azərbaycanda sərhəd zastavasının ərazisində silah-sursat tapılıb. Azərbaycanda sərhəd zastavasının ərazisində silah-sursat tapılıb.

"Keşikçidağ" sərhəd zastavasının ərazisində silah-sursat tapılıb - Foto

Azərbaycanda sərhəd zastavasının ərazisində silah-sursat tapılıb.

AzNews.az Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanın sərhəd təhlükəsizliyinin təmin edilməsi, dövlət sərhədindən terror-təxribat fəaliyyətinin qarşısının alınması istiqamətində Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə əməliyyat-axtarış tədbiri həyata keçirilib.

"Şəmkir" sərhəd dəstəsinin "Keşikçidağ" sərhəd zastavasının xidməti ərazisində gizlədilmiş halda istifadəyə yararlı olan 1 ədəd "Naqan" tipli tapança, 2 ədəd siqnal tapançası, avtomat daraqları, külli miqdarda patron və digər hərbi sursat aşkar edilərək götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

image description image description