Avqustun 16-da Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin laboratoriyalarında аtmоsfеr hаvаsından götürülmüş nümunələr, su nümunələri, torpaq nümunələri üzərində analizlər aparılıb, ölkənin havahövzəsində rаdiоакtiv çirкlənmə üzrə müşаhidələr keçirilib. Avqustun 16-da Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin laboratoriyalarında аtmоsfеr hаvаsından götürülmüş nümunələr, su nümunələri, torpaq nümunələri üzərində analizlər aparılıb, ölkənin havahövzəsində rаdiоакtiv çirкlənmə üzrə müşаhidələr keçirilib.

Bakı və Sumqayıtda atmosferin çirklənməsi aşkarlanıb

Avqustun 16-da Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin laboratoriyalarında аtmоsfеr hаvаsından götürülmüş nümunələr, su nümunələri, torpaq nümunələri üzərində analizlər aparılıb, ölkənin havahövzəsində rаdiоакtiv çirкlənmə üzrə müşаhidələr keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən xəbərə görə, ötən gün atmosfer havasının çirklənməsinin monitorinqi zamanı Bakı şəhərində əsas çirkləndiricilərdən olan azot 4-oksidin birdəfəlik maksimal qatılığının 1.3, furfurolun isə 1.2 dəfə YVQH-ni (yol verilən qatılıq həddi) keçdiyi məlum olub. Sumqayıt şəhərində əsas çirkləndiricilərdən olan azot 4-oksid 1.5 dəfə YVQH-ni keçib. Mingəçevir, Gəncə, Şəki və Naxçıvan şəhərlərində isə atmosfer havasının çirklənməsi norma daxilində olub.

16 avqust tarixində Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin Su şöbəsinə monitorinq zamanı götürülmüş 2 su nümunəsi üzərində aparılmış 4 analiz nəticələri daxil olub. Daxil olan analiz nəticələrinin təhlilindən Qanıx Əyriçayın töküldüyü yer, Ceyranbatan su anbarı - Ceyranbatan qəsəbəsi müşahidə məntəqələrində çirkləndicilərdən fenolların,eləcədə sintetik səthi aktiv maddələrin miqdarının norma daxilində olduğu müəyyənləşdirilib.

Torpaqların çirklənməsinin monitorinqi zamanı Bakı şəhərində yerləşən sənaye müəssisələrinin ərazisindən götürülmüş 7 torpaq nümunəsində 7 fiziki-kimyəvi analiz aparılıb. Analizin nəticələri norma daxilində olub. Ətraf mühitin radiasiya fonu üzrə müşahidələr respublikanın bütün bölgələrində gün ərzində 3 dəfə olmaqla (09:00, 15:00, 18:00 saatlarında) və 6 transsərhəd ərazilərdə (Astara, Beyləqan, Sədərək-Naxçıvan MR, Ağstafa, Quba rayonları və Pirallahı adası-Bakı) fəaliyyət göstərən tam avtomatlaşdırılmış onlayn erkən radioloji xəbərdarlıq monitorinq nəzarəti sistemi vasitəsilə fasiləsiz olaraq aparılıb.

Belə ki, Bakı-Abşeron bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 6-17 mkR/saat – faktiki radiasiya şəraiti 7-11 mkR/saat arasında, Naxçıvan MR-in ərazisində radiasiya təbii fonu yay fəsli üçün 8-21 mkR/saat – faktiki radiasiya şəraiti 10-12 mkR/saat olaraq qeydə alınıb, Kiçik Qafqaz bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-21 mkR/saat – faktiki radiasiya şəraiti 9-11 mkR/saat arasında,Böyük Qafqaz bölgəsində radiasiya təbii fonu yay fəsli üçün 5-26 mkR/saat – faktiki radiasiya şəraiti 10-22 mkR/saat arasında dəyişib (bu bölgədə dağ süxurlarının fiziki-kimyəvi xüsusiyyətlərindən asılı olaraq təbii fonun digər bölgələrə nisbətən yüksək olması bölgə üçün xarakterikdir).

Mərkəzi Aran bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 6-18 mkR/saat – faktiki radiasiya şəraiti 10-20 mkR/saat arasında, Lənkəran-Astara bölgəsində təbii radiasiya fonu yay fəsli üçün 5-19 mkR/saat – faktiki radiasiya şəraiti 9-11 mkR/saat arasında olub və təbii fon daxilində dəyişib.
Ümumilikdə gün ərzində respublikanın ayrı-ayrı bölgələrindən daxil olan müşahidə məlumatlarına əsasən təbii mühitin radiasiya fonunun norma daxilində dəyişdiyi qeydə alınıb.