16:37
(077) 610-22-33

Əcnəbi turist Azərbaycan polisinə təşəkkür etdi - Bu köməyə görə

  • >
2 224 17 Avqust 2017 18:35 | Cəmiyyət

Bu günlərdə Rusiya Federasiyasından ölkəmizə şəxsi avtomobilində yaxın qohumları ilə səfərə gələn Çingiz Qazıyev Azərbaycanın təbiəti haqqında zəngin təəssürat qazanıblar.

AzNews.az DİN-nə istinadən xəbər verir ki, onlar İsmayıllı rayonunda olarkən avtomobilində yaranmış nasazlıq səbəbindən idarəetməni itirib, qəzaya uğrayıblar. Dərhal hadisə yerinə gələn polis əməkdaşları onlara lazımi köməklik göstəriblər.

Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair İşlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Rauf Tağıyev də turistlərin üzləşdiyi qəzanın nəticələrinin aradan qaldırılması zamanı, həmçinin onlara ilkin tibbi yardımın göstərilməsi üçün əlindən gələni əsirgəməyib.

Yaşadığı Moskva şəhərinə qayıdan Ç.Qazıyev DİN rəhbərliyinə ünvanladığı məktubda polis mayou Rauf Tağıyevin xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyini, yüksək insani keyfiyyətlərini qeyd edib. O, bildirib ki, R.Tağıyev hətta hadisə baş verən zaman onların depresiya vəziyyətindən çıxması üçün çay süfrəsinə qonaq edib, mənzil başına çatdıqdan sonra zəng edib vəziyyətləri ilə maraqlanıb.

Ç.Qazıyev sonda polis əməkdaşlarının sayıqlığına, peşəkarlığına görə bütün Azərbaycan Polisinə minnətdarlığını bildirib.

Bağla X