20:54
(077) 610-22-33

AzNews.az Gülər Əhmədovanın kamera yoldaşını tapdı – EKSKLÜZİV

  • >
299 16 Fevral 2013 12:09 | Cəmiyyət

SABİQ MİLLƏT VƏKİLİ MƏŞHUR DƏLƏDUZLA EYNİ KAMERADA YATIR


Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı videomaterialların qurbanına çevrilən və hazırda barəsində həbs-qəti imkan tədbiri seçilmiş sabiq millət vəkili Gülər Əhmədovayla bağlı yeni məlumat əldə etmişik.

AzNews.az xəbər portalına sızan informasiyada bildirilir ki, Gülər Əhmədova hazırda Ulduzə adlı qadınla eyni kamerada yatır, həmin xanımın da dələduzluq ittihamı ilə mühakimə olunduğu qeyd olunur.

Sonda bildirək ki, Gülər xanım vəkilləri vasitəsilə mətbuata bununla bağlı bəzi dezinformasiyalar ötürür. Həmin dezinformasiyalarda Gülər Əhmədovanın guya, səhhətində problemlər yaranması və kamerada tək saxlanması vurğulanır. Amma yuxarıda da qeyd etdiyimiz ki, sabiq deputat "içəri"də tək deyil və Ulduzə adlı xanımla eyni kameradadır. Bundan əlavə, onun səhhətinin və saxlanıldığı kameradakı şəraitin də əla olduğu əldə etdiyimiz məlumatlar içərisindədir.

Orxan
AzNews.az
Bağla X