Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqədə bir sıra ixtisaslar üzrə güclü rəqabət mühiti formalaşıb. Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqədə bir sıra ixtisaslar üzrə güclü rəqabət mühiti formalaşıb.

Bazar günü yekunlaşacaq - Müəllimlərin imtahanı ilə bağlı nazirlikdən açıqlama

Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqədə bir sıra ixtisaslar üzrə güclü rəqabət mühiti formalaşıb.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, ingilis dili, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat üzrə namizədlərin sayı çox, nəticələri daha yüksək olduğundan vakansiya seçimi mərhələsində çox bal yığanlar yer tutmaq hüququ əldə edib.

Onun sözlərinə görə, fiziki tərbiyə, musiqi və təsviri incəsənət müəllimliyi ixtisaslarını seçənlərin praktik bacarıqlarının qiymətləndirilməsi də başa çatıb: “Onlar eyni zamanda müsahibədə də iştirak ediblər. Bu il ilk dəfə olaraq musiqi, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə müsahibə mərhələsi vakansiya seçimindən əvvəl həyata keçirilib. Avqustun 11-dən etibarən start verilən bu mərhələdə fiziki tərbiyə müəllimləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, musiqi ixtisası üzrə Mədəniyyət və İncəsənət Universitetində, təsviri incəsənət müəllimləri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında praktik bacarıqlarını nümayiş etdirib və müsahibədən keçiblər. Yalnız bu üç ixtisas üzrə vakansiya və müsahibə mərhələsinin yeri dəyişdirilib. Bu gündən həmin ixtisaslar üzrə namizədlər vakant yerlərin seçiminə başlayacaq. Proses bazar günü gecə saatlarınadək davam edəcək”.

AzNews.az