Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Samir Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Samir Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Polis mayorunun ölümünə səbəb olan sürücüyə hökm oxundu - 8 il həbs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Samir Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Cəfərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və S.Cəfərov məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekab ayında Gəndob-Yalama yolunun 29-cu km-də qeydə alınıb. Xudat istiqamətində hərəkət edən 40-BE-882 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobil əks istiqamətdə gələn 99-KF-374 dövlət nömrə nişanlı “VAZ 21015” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində dünyasını dəyişənlərdən biri Xaçmaz rayonu, Müşkür kənd sakini, Dəmir Yol Nəqliyyatında Baş Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin əməkdaşı, mayor Məmmədov Cəfər Abbas oğlu, digəri isə Ağdam rayon sakini, Yarəliyev Allahverən Zülfüqar oğlu olub.

Qəza zamanı “VAZ 21015” də olan sərnişinlər Masallı rayon Ərkivan kənd sakinəri 28 yaşlı Cavid və 34 yaşlı Samir Cəfərov qardaşları müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

İstintaq dövründə S.Cəfərov barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

İki uşaq atası olan S.Cəfərov həm də ikinci qrup əlildir.

AzNews.az