Zərdabda ali məktəblərə qəbul imtahanından 662 bal toplayan tələbə himayəyə götürülüb. Zərdabda ali məktəblərə qəbul imtahanından 662 bal toplayan tələbə himayəyə götürülüb.

662 bal toplayan tələbə himayəyə götürülüb: “Xərclərimi ödəyəcək”

Zərdabda ali məktəblərə qəbul imtahanından 662 bal toplayan tələbə himayəyə götürülüb.

Bu barədə AzNews.az-a Prezident Yanında Dövlət İdarəcilik Akademiyasının Politologiya fakültəsinin tələbəsi Aytən Şirinovanın özü məlumat verib.

Onun sözlərinə görə, təhsil aldığı müddətdə aylıq xərcini və kirayə pulunu həmyerlisi, iş adamı Vəfa Muradzadə qarşılayacaq:

“Bu günlərdə Bakıya getmişdik. Ailəmlə birlikdə Bakıda görüşdük. Məktəb illərində dəstək olacağını dedi. Hər kəsə təşəkkür edirəm”.

Aytən Şirinova bildirib ki, Vəfa Muradzadə “Vəfa Collection” sərgi-satış mərkəzinin rəhbəridir.

Bahar RÜSTƏMLİ

AzNews.az