Avqustun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Avqustun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.

Sabah hava yağmursuz olacaq

Avqustun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.

AzNews.az “APA”ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən əldə olunan məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 23-26° isti, gündüz 31-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°,Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 32-37° isti, dağlarda gecə 15-20°, gündüz 23-28° isti olacağı gözlənilir.

AzNews.az