Xalq artisti Könül Xasıyevanın 70 min manatı dələduzluq yolu ilə ələ keçirilib. Xalq artisti Könül Xasıyevanın 70 min manatı dələduzluq yolu ilə ələ keçirilib.

Xalq artistinin 70 min manatını alıblar - “Gedib özümü öldürəcəyəm”

Xalq artisti Könül Xasıyevanın 70 min manatı dələduzluq yolu ilə ələ keçirilib.

AzNews.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya müğənninin vəkili Şəfiqə Nağıyeva məlumat verib.

Onun sözlərinə görə, Xatirə Hacıyeva adlı şəxs 2014-cü ildə Könül Xasıyevadan 70 min manat alıb və hələ də qaytarmayıb:

“Pulunu ala bilməyən Xalq artisti polisə şikayət edib. Hazırda Nərimanov Rayon Məhkəməsindəyik. Xatirə Hacıyeva haqqında sanksiya çıxarılacaq”.

Könül Xasıyevanın "Qafqazinfo"ya verdiyi məlumata görə, Xatirə Hacıyeva ona ev almaqda yardımçı olacağını bildirib:

“Mənə 200-250 minlik evi ucuz qiymətə almağa kömək edəcəyini dedi. Maşınımı satdım, əlimdə olanları yığdım və 70 min verdim. Hələ də pulumu ala bilmirəm. Məni aldadıb, 2 ildir salıb çöllərə. 37 minlik maşınımı 12 minə özü əlimdən alıb. Övladım xəstə, özüm xəstəyəm. Pis gündəyəm. Heç kimin məndən xəbəri yoxdur. Övladım acından ölür.

Xatirə pulumu qaytarmır, üstəlik üstümə adam göndərərək övladımla bağlı məni hədələyirlər. Şikayət ərizəmi geri götürmək üçün təzyiq göstərirlər. Gedib özümü yandırıb öldürəcəyəm. Nədir xalq artistinə bu cür münasibət?!”

K.Xasıyeva deyib ki, pulu verərkən heç bir müqavilə imzalamayıb:

"Lakin, əlimdə 56 dənə səs yazısı var. Hamısını vəkilə təqdim etmişəm".