"Bəzi insanlar var ki, bu onlarda xüsusi bacarıqdır. Onlar avtomobili bu formada idarə etmədən yaşaya bilmirlər. Buna görə də, onlar üçün xüsusi poliqonlar yaradılmalıdır ki, onlar sakitləşə bilsinlər". "Bəzi insanlar var ki, bu onlarda xüsusi bacarıqdır. Onlar avtomobili bu formada idarə etmədən yaşaya bilmirlər. Buna görə də, onlar üçün xüsusi poliqonlar yaradılmalıdır ki, onlar sakitləşə bilsinlər".

“Avtoxuliqanlar üçün poliqon yaradaq” - ekspertdən qəribə təklif

"Bəzi insanlar var ki, bu onlarda xüsusi bacarıqdır. Onlar avtomobili bu formada idarə etmədən yaşaya bilmirlər. Buna görə də, onlar üçün xüsusi poliqonlar yaradılmalıdır ki, onlar sakitləşə bilsinlər".

AzNews.az Sputnik.az-a istinadən xəbər verir ki, bu sözləri nəqliyyat eksperti Azər Allahverənov deyib

Onun sözlərinə görə, cəmiyyətdə belə bir fikir formalaşıb ki, avtoxuliqanlıq edənlərin hamısı imkanlı zümrənin uşaqlarıdır. Maddi cəhətdən aşağı olan ailələrin uşaqları belə inzibati xətalara yol vermirlər:

"Amma mən prosesi kənardan müşahidə edən bir şəxs kimi deyə bilərəm ki, bu yanlış bir təsəvvürdür. Ola bilsin ki, imkanlı təbəqənin uşaqları çoxluq təşkil edir. Amma həmişə avtoxuliqanlıq edənlər imkanlı ailələrin uşaqları olmur. Avtoxuliqanlıq edənlər daha çox Rusiyada istehsal olunmuş avtomobillərlə, xüsusilə də “VAZ-21-07” ilə avtoxuliqanlıq edirlər. Və nəzərə alaq ki, imkanlı ailələrin uşaqları heç də belə avtomobillər sürmürlər. DYP-nin keçirdiyi reydlər zamanı da təqib edilənlər bu avtomobillər olur. Avtoxuliqanlığı hansısa bir zümrə ilə dəyərləndirmək düzgün olmaz. Bu məsələyə hüquqi kontekstdən yanaşmaq lazımdır. Avtoxuliqanların əksəriyyətinin çox zaman bir məqsədi olur, özünü göstərmək, diqqəti özünə cəlb etmək".

A.Allahverənov deyir ki, heç də bu işlə məşğul olanların hamısı peşəkar sürücülər deyil. Onlar arasında naşı olanlar və ya özlərini cilovlaya bilməyən insanlar var.

Ekspert bildirir ki, dünyanın bir çox ölkələrində avtoxuliqanlıq geniş yayılıb. Hətta bəzi filmlərdə bu kimi davranışlar təbliğ edilir: "Mən düşünürəm ki, avtoxuliqanlıq edənlərin xüsusi bazasının yaradılması lazımdır. Mütəmadi olaraq onların valideynləri ilə söhbətlərin aparmaq, onların təmasda olduğu təbəqə ilə məlumatlandırıcı tədbirlər həyata keçirmək vacibdir".

A.Allahverənov qəribə təklif də irəli sürüb. Onun sözlərinə görə, bu avtoxuliqanlar arasında istedadlı şəxslərin olması istisna deyil: "Bəzi insanlar var ki, bu onlarda xüsusi bacarıqdır. Onlar avtomobili bu formada idarə etmədən yaşaya bilmirlər. Buna görə də, onlar üçün xüsusi poliqonlar yaradılmalıdır ki, onlar sakitləşə bilsinlər".