15:48
(077) 610-22-33

Əməkdar artistin evi uçdu - Foto

  • >
4 218 20 Avqust 2017 18:18 | Cəmiyyət

Azərbaycan Dövlət Pantomim Teatrının direktoru, əməkdar artist Elman Rəfiyevin evi yararsız vəziyyətə düşüb.

AzNews.az xəbər verir ki, bu barədə Primetime.az-a əməkdar artistin özü məlumat verib.

O, yaşadığı evin təhlükəli vəziyyətdə olduğu üçün dam örtüyünün çökdüyünü bildirib:

“Dünən evimizdə böyük bir təhlükə yaşandı, dam örtüyü başımıza uçdu. Bununla bağlı iki dəfə aidiyyatı qurumlara müraciət etmişəm. Mən belə bir bərbad şəraiti olan evdə yaşayıram. Mənim evimə gün işığı düşmür, ev nəmişlikdir, pəncərələr yoxdur. Evin içində bu yaxında kərtənkələ də gördüm, siçanların gəzişməsi adi hala çevirilib. Müraciətlərimə isə bu günə qədər heç bir cavab gəlməyib. İndiyə kimi susdum, artıq evim yaşanılası vəziyyətdə deyil. Ümid edirəm ki, müraciətlərimə sosial şəbəkə vasitəsilə cavab tapa bilərəm”.

Elman Rəfiyev evin tamamilə uçması təhlükəsi ilə üz-üzə qaldığını da söyləyib:

“Uçmuş tavanı təmir etdirmək istəyirdik. Anidən tavanı saxlayan dirəklər qopmağa başladı. Evin tamamilə çökmə təhlükəsi vardı. Saatlarla həyətdə qaldıq. Yaranmış təhlükənin qarşısını müvəqqəti alsaq da, hər an evin çökməyindən ciddi narahatıq”.

Bağla X