AzNews.az saytında "Sumqayıt küçələri təmizlənir - Sahibsiz itləri güllələyirlər " başlığı ilə yerləşdirilən yazıda istifadə edilmiş fotolar arxivdən götürülüb. AzNews.az saytında "Sumqayıt küçələri təmizlənir - Sahibsiz itləri güllələyirlər " başlığı ilə yerləşdirilən yazıda istifadə edilmiş fotolar arxivdən götürülüb.

Arxiv fotolar yeniləri kimi qələmə verilir

AzNews.az saytında "Sumqayıt küçələri təmizlənir - Sahibsiz itləri güllələyirlər " başlığı ilə yerləşdirilən yazıda istifadə edilmiş fotolar arxivdən götürülüb.

Bir neçə gün əvvəl sayta yerləşdirilən bu material hazırlanarkən 2000-ci ilin əvvələrində çəkilən fotolardan istifadə edilib. Yazıda, istifadə edilən fotoların arxiv olduğu qeyd edilməsə də, onların yeni olmasına dair məlumat da verilməyib. Bundan istifadə edən bəzi sosial şəbəkə istifadəçiləri AzNews.az-da gedən materialı və fotoşəkilləri götürərək, güya Azərbaycanda heyvanlara qarşı zorakılığın tədbiq olunmasına dair həqiqəti əks etdirməyən malumatlar yayır.

AzNews.az xəbər saytı olaraq həqiqəti əks etdirməyən məlumatların yayılmasında saytımızın adının halladırılmasından təəssüf hissi keçiririk.