Prezident İlham Əliyevin bu günlərdə imzaladığı sərəncamla İsmayıllıya yeni icra başçsı təyin olunan Mirdaməd Sadıqov təyinatından danışıb. Prezident İlham Əliyevin bu günlərdə imzaladığı sərəncamla İsmayıllıya yeni icra başçsı təyin olunan Mirdaməd Sadıqov təyinatından danışıb.

Yeni icra başçısı planlarını açıqladı

Prezident İlham Əliyevin bu günlərdə imzaladığı sərəncamla İsmayıllıya yeni icra başçsı təyin olunan Mirdaməd Sadıqov təyinatından danışıb.




İcra başçısı "Qafqazinfo"ya açıqlamasında İsmayıllıda açılacaq yeni iş yerlərindən və həbs olunan rayon sakinləri barədə suallarımızı cavablandırıb:

"Hər bir azərbaycanlının borcu bir vətəndaş kimi ölkəsinə xidmət etməkdir. İstəyir fəhlə, müəllim, başçı olsun. Cənab prezident də mənə etimad göstərdi və məni bu vəzifəyə təyin etdi. Mən də çalışacam ki, bu etimadı doğruldum. Rayonun sosial quruculuq işlərində kömək etməyə, buranın iqtisadiyyatını qaldırmağa çalışacam. Digər rayonlarımız inkişaf edir, çalışacam ki, İsmayıllı da bu sırada olsun. Mənim yaşım çoxdur. Düşünürəm ki, bu yaşa qədər qazandığım təcrübə mənə kömək edəcək. Hazırda görəcəyim işlərin elmi əsasnaməsini, elmi konsepsiyasını hazırlayıram. Azərbaycanda neqativ hallara qarşı mübarizə şəraitində İsmayıllı ən yaxşı rayonlardan birinə çevriləcək. İsmayıllıda ilk dəfə olaraq aqropark yaradılacaq. Onun layihələşdirilməsi işinə başlamışıq. Bunun üçün çoxlu mütəxəssislər cəlb edirik. Bu da öz növbəsində çoxlu iş yerlərinin açılması və əhalinin məşğulluğuna dəstək deməkdir".

Yeni icra başçısı İsmayıllı hadisələrində həbs olunanlarla görüşüb-görüşməməsi ilə bağlı sualımızı da cavablandırıb: "Hələ dünən ictimaiyyətə təqdim olundum. Onlarla hələ görüşməmişəm. Əgər həbs olunanların yaxınları istəsə, mən məmnuniyyətlə görüşərəm. Mən də istəyirəm ki, hər şey qanun çərçivəsində öz ədalətli həllini tapsın".

AzNews.az