Təhsil Nazirliyi sentyabr ayından etibarən bütün müəllimlərin dərs bölgüsü prosesinə nəzarət həyata keçirəcək. Təhsil Nazirliyi sentyabr ayından etibarən bütün müəllimlərin dərs bölgüsü prosesinə nəzarət həyata keçirəcək.

Bütün müəllimlərin dərs bölgüsünə nəzarət ediləcək

Təhsil Nazirliyi sentyabr ayından etibarən bütün müəllimlərin dərs bölgüsü prosesinə nəzarət həyata keçirəcək.

Təhsil Nazirliyinin İnsan resurları şöbəsinin müdir müavini Eşqi Bağırov APA-ya bildrib ki, yeni tədris ilindən ərazi maliyyə mərkəzləri tərəfindən dərs bölgüsü aparılarkən onların diaqnostik qiymətləndirmədə göstərdikləri nəticələr nəzərə alınacaq. Onun sözlərinə görə, bu proses bölgünü aparmaq imkanı olan məktəblərdə həyata keçiriləcək: “Əgər bir məktəbdə 1 fənn müəllimi varsa, nəticə burada nəzərə alına bilməz. Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydalarına əsasən də müəllimlərin dərs bölgüsündə diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınmalıdır”.

Nazirlik rəsmisi qeyd edib ki, 2014-cü ildən etibarən keçirilən diaqnostik qiymətləndirmə həmişə könüllülük prinsiplərə əsaslanıb: “Heç vaxt müəllimin qiymətləndirməyə cəlb olunmasını məcburi etməmişik. Buna baxmayaraq istənilən qiymətləndirmədə davamiyyət 99%-dən aşağı düşməyib. Öz üzərində işləmək, nəticəsini artırmaq istəyən müəllimlər növbəti illərdə keçirilən diaqnostik qiymətləndirmədə iştirak edə bilər. Müəllimlər qiymətləndirmədə iştirak edərək yüksək nəticə göstərsələr, bu, növbəti dərs bölgüsündə nəzərə alına bilər”.

AzNews.az