21:45
(077) 610-22-33

Abituriyentlərin diqqətinə - Qeydiyyat başlayıb

  • >
1 208 22 Avqust 2017 10:40 | Cəmiyyət

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb.

Dövlət İmtahan Mərkəzindən AzNews.az-a verilən məlumata görə, Azərbaycan ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb.

Abituriyentlər avqustun 22-dən 31-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər (abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər).

Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Bağla X