Goranboyda qara toyuq qeyri-adi yumurta qoyub. Goranboyda qara toyuq qeyri-adi yumurta qoyub.

Qeyri-adi yumurta görənləri şoka saldı - Azərbaycanda + Video

Goranboyda qara toyuq qeyri-adi yumurta qoyub.

AzNews.az ARB 24-ə istinadən xəbər verir ki, maraqlı hadisə Goranboyda baş verib.

Rayon sakini Simuzər Süleymanovanın 5 ildir bəslədiyi qara rəngli toyuq fərqli görünüşdə yumurtlayıb. 60 yaşlı qadın ilk dəfədir təsərrüfatında belə hadisə baş verdiyini deyir. Onun sözlərinə görə, qumbara, armud və digər əşyaları xatırladan yumurtanın sarısı yoxdur.

Simuzər Süleymanova (sakin): "Hər il 300-ə yaxın toyuq saxlayıram. 60 yaşım var, amma hələ belə yumurtaya rast gəlməmişəm. Qonşuları çağırdım gəlib baxdılar. Hamısı gülüb dedi ki, armuda və qumbaraya oxşayır".

Təsərrüfat sahibi canlının hər hansı xəstəliyi olmadığını, ildə 30-dan artıq bala verdiyini deyir. O qədərdə böyük ölçülü olmayan saplaqlı yumurta qonşuların diqqətini daha çox çəkib. Bəziləri gülərək toyuğun belə yumurta verməsinə inanmasa da, digərləri onun foto və videosunu çəkib paylaşmaq qərarına gəlib. Mütəxəssislər isə canlının qeyri-adi formalı yumurta verməsini toyuğun orqanizmində baş verən çatışmazlıqla bağlı olduğunu bidirirlər.