Daxili İşlər Nazirliyi meyxana ustası Bayram Kürdəxanılının avtomobillə vurularaq öldürülməsi ilə bağlı rəsmi məlumat yayıb. Daxili İşlər Nazirliyi meyxana ustası Bayram Kürdəxanılının avtomobillə vurularaq öldürülməsi ilə bağlı rəsmi məlumat yayıb.

DİN Bayram Kürdəxanılı ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi meyxana ustası Bayram Kürdəxanılının avtomobillə vurularaq öldürülməsi ilə bağlı rəsmi məlumat yayıb.

DİN-dən AzNews.az-a verilən məlumata görə, avqustun 23-də saat 2 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Ramin Fərhadov idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobillə yolu keçən qəsəbə sakini Bayram Quliyevi vurub. Xəstaxanaya yerləşdirilən B.Quliyev orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.