13:17
(077) 610-22-33

Gülər Əhmədovanın oğlunu “sürgün” etdilər-EKSKLÜZİV

  • >
403 17 Fevral 2013 23:39 | Cəmiyyət

Toğrul Əhmədov Tapqaraqoyunlu kəndinə aparıldı




Sabiq millət vəkili, hazırda həbsdə olan Gülər Əhmədovanın oğlu barədə AzNews.az-a yeni məlumat daxil olub. Məlumata görə, G. Əhmədovanın həbs edildiyinin səhəri günü hərbi xidmətdə olan Toğrul Əhmədovun yeri dəyişdirilib. Onu Goranboyun Tapqaraqoyunlu kəndinə aparıblar.

Xatırladaq ki, G.Əhmədova həbs olunmamışdan əvvəl saytımızda Toğrul Əhmədovun Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etməyi və hərbi hissə komandirinin sürücüsü işləməsi barədə məlumat vermişdik. Bildirmişdik ki, ona xüsusi şərait yaradılıb.

Görünür, Toğrulu hərbi hissədə himayə edən şəxslər G, Əhmədovanın həbs edilməsini görüb, onunla bağlı adam olması fikrinin yaranmasından qorxaraq, sərt addımlar atmaq qərarına gəliblər. Toğrulun ucqar və təhlükəli hesab edilən hərbi hissəyə göndərilməsi də bu addımların əsasını təşkil edir.

Azər
AzNews.az

Bağla X