Dövlət İmtahan Mərkəzi (DİM) 600-dən çox bal toplayan gənclərə müraciət edib. Dövlət İmtahan Mərkəzi (DİM) 600-dən çox bal toplayan gənclərə müraciət edib.

DİM-dən 600-dən çox bal toplayan gənclərə - Müraciət

Dövlət İmtahan Mərkəzi (DİM) 600-dən çox bal toplayan gənclərə müraciət edib.

AzNews.az xəbər verir ki, müraciətdə Dövlət İmtahan Mərkəzinin artıq neçə ildir ki (əvvəlki illərdə TQDK), ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması məqsədilə bir sıra tədbirlər həyata keçirdiyi vurğulanıb. Qeyd olunub ki, bu il də ənənə davam etdiriləcək. İnformasiyanın ictimaiyyət üçün daha da əlçatan olması üçün abiturient.az saytında ayrıca bir bölmə 600 və daha yüksək bal toplayan gənclərə həsr edilib. Nəzərinizə çatdırırıq ki, saytda yalnız anket dolduran və "Anket suallarına cavablarınızdan nümunələrin və şəklinizin abiturient.az saytında təqdim olunmasına razısınızmı?" sualına "bəli" cavabını qeyd etmiş gənclər haqqında məlumatlar veriləcək.

600 və daha yüksək bal toplayan gənclər “İş nömrəsi” və “Şəxsi kabinet”in istifadəçi adından (FİN) istifadə etməklə abiturient.az saytında təqdim olunan anket-sorğu formasını doldura bilərlər.