Gömrükçülər vətəndaşın üzərində gizlətdiyi mobil telefon və aksesuarları aşkar ediblər. Gömrükçülər vətəndaşın üzərində gizlətdiyi mobil telefon və aksesuarları aşkar ediblər.

Gömrükdə "Naz Lifan"a baxış keçirildi - İçərisindən...

Gömrükçülər vətəndaşın üzərində gizlətdiyi mobil telefon və aksesuarları aşkar ediblər.

Dövlət Gömrük Komitəsindən AzNews.az verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Naz Lifan" markalı avtomobilə gömrük baxışı keçirilib.

Baxış zamanı, vətəndaşın üzərində 6 ədəd "X-BO" markalı mobil telefon və həmin telefonlara aid 12 ədəd USB kabel və 12 ədəd "qulaqcıq" aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.