02:44
(077) 610-22-33

Deputat həmkarlarını tənqid etdi - “Nüfuzumuza xələl gətirir”

  • >
1 846 25 Avqust 2017 14:49 | Cəmiyyət

Son vaxtlar Milli Məclisdə təmsil olunan bir sıra deputatlar fikirlərini ifadə edərkən bilərəkdən ya da bilməyərəkdən bəzi yanlış ifadələr seçirlər ki, bu da cəmiyyətdə böyük səs-küy doğurur.

Bundan sonra isə həmin deputatlar “mən əslində elə demək istəmirdim, fikirlərim yanlış anlaşılıb” ya da “mətbuat fikirlərimi təhrif edib” deməklə özlərinə haqq qazandırmağa çalışır, günahı jurnalistlərin üstünə yıxırlar.

Söhbəti konkret olaraq, hansısa deputat üzərində cəmləşdirmək istəmirik. Amma belə hallarla çox rastlaşırıq.

Məsələ ilə bağlı Milli Məclisin Regioanal məsələlər komitəsinin üzvü Tahir Rzayev Modern.az-a açıqlama verib.

Deputat deyib ki, hər bir şəxs, deputat, məmur, icra başçısı dediyi sözün məsuliyyətini dərk etməlidir.

“O, dövlət xalq mənafeyindən çıxış etməlidir. Şəxsi mənafedən yox. Mənim bütün deputat həmkarlarıma hörmətim var. Amma biz danışanda gərək reallıqdan danışaq. Hüquqi, istintaq məsələləri var ki, bəzi həmkarlarım ona müdaxilə edir. Mən hesab edirəm ki, belə məsələlərə münasibət bildirmək düzgün deyil.

Çünki bu hadisələri müvafiq orqanlar araşdırmalıdır. Bir hadisə haqqında münasibət bildirilir və bu öz sübutunu tapmır. Bu düzgün hal deyil. Belə etmək bizim nüfuzumuza xələl gətirir. Biz real məsələlər barədə fikir söyləməliyik”.

Tahir Rzayev bildirib ki, bəzi deputatlar var ki, təhlükəsizliyimizlə əlaqədar, hərbi, istintaq və s. məsələlərə bağlı bilmədən fikir yürüdür.

AzNews.az

Bağla X