Kürdəmirdə 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Kürdəmirdə 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Türkiyə vətəndaşı Kürdəmirdə qəza törətdi - 1 ölü, 4 yaralı - Video

Kürdəmirdə 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az ARB-yə istinadən xəbər verir ki, hadisə rayonun Atakişili kəndində qeydə alınıb.

Türkiyə vətəndaşı Seyfəddin Oksunun idarə etdiyi "Volva" markalı yük maşını Vahid Mehdiyevin idarə etdiyi "Hyundai" markalı minik maşınına arxadan çırpılıb.

Nəticədə minik maşınında olan Bakı şəhər sakini, 56 yaşlı Qətibə Mehdiyeva hadisə yerində ölüb. Sürücü V. Mehdiyev və digər sərnişinlər - Bakı şəhər sakinləri, 33 yaşlı Elza Qədirzadə, 13 yaşlı Züleyxa Qədirzadə və 15 yaşlı Abbas Qədirzadə müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Kürdəmir Rayon Polis şöbəsində araşdırma aparılır.