Bu gün Bakı Apellyasiya Məhkəməsində narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanov barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb. Bu gün Bakı Apellyasiya Məhkəməsində narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanov barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Məhkəmə Bakıda tutulan erməni əsilli Rusiya vətəndaşının şikayətini təmin etmədi

Bu gün Bakı Apellyasiya Məhkəməsində narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanov barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2016-cı il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotiklərin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra Ermənistan mətbuatı və Rusiyadakı ermənipərəst KİV M. Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M. Ueldanov erməni olduğuna görə saxlanılıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb.

Bakı Ağır cinayətlər Məhkəməsinin hökmü ilə M. Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib.