02:37
(077) 610-22-33

5 yaşlı oğlanın axtarışları davam edir - Yenilənib 2 + Foto

  • >
4 633 29 Avqust 2017 17:45 | Cəmiyyət

Quba rayonunda itkin düşən azyaşlının axtarışları davam etdirilir.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, avqustun 28-də Quba rayonunun Əski İqrıq kəndində 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlunun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Quba rayon Polis Şöbəsinin, Şimal Regional Mərkəzinin müvafiq axtarış-xilasetmə qüvvələri və kənd sakinləri cəlb olunub.

Quba rayon Fövqəladə Hallar Komissiyasından yerli bürosuna verilən məlumata görə, axtarışlara xüsusi təlim görən itlər də cəlb edilib.

Uşağın atası Namiq Əliyev bildirib ki, oğlu avqustun 28-də, təxminən 17.00 radələrində itkin düşüb. Yaxınlarının xına mərasimində iştirak edən ailə üzvləri ilə birlikdə istirahət mərkəzində olan azyaşlı bir müddət sonra yoxa çıxıb. Onun kameralara düşən son görüntüsündən meşə istiqamətinə hərəkət etdiyi görünür.

Hazırda axtarışlar davam etdirilir.

AzNews.az

***

13:34

Fövqəladə Hallar Nazirliyi Qubada 5 yaşlı oğlan uşağının itkin düşməsi ilə bağlı məlumat yayıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Quba rayonunda Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 28 avqust 2017-ci il tarixində Quba rayonunun Əski İqrığ kəndində 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu itkin düşüb. Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qüvvələri axtarışlara cəlb olunub. Hələlik axtarış işləri nəticə verməyib. Əlavə məlumat veriləcək.

***

09:44

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Əliyev Natiq Namiq oğlu ötən gün axşam saatlarında rayonun Əski İqrıq kəndi ərazisində meşəlik ərazidə yerləşən istirahət mərkəzlərinin birində itib. Azyaşlını tapmaq mümkün olmayıb.

Quba rayon Polis Şöbəsindən verilən məlumata görə, axtarışlar davam etdirilir. Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Şimal Regional İdarəsinin əməkdaşları da cəlb olunub.

AzNews.az

Bağla X