“Quba hadisə”sində son yaxınlaşır

Quba hadisələri ilə bağlı növbəti məhkəmə prosesi yekunlaşmaq üzrədir. Fevralın 20-də Xaçmazda keçiriləcək məhkəmə iclasında bir neçə şahidin dindirilməsindən sonra prokuror və vəkillər çıxış edəcək. Bu barədə məlumatı AzNews.az-a hazırda məhkəməsi gedən Quba şəhər Bələdiyyəsinin sədri Elxan Əliyevin vəkili Kamandar Nəsibov verib.

Vəkilin keçmiş icra başçısı Rauf Həbibovun məhkəməyə gəlməsi ilə bağlı vəsatətinin təmin edilməsinə baxmayaraq, onun fevralın 20-də də prosesdə iştirak edəcəyi gözlənilmir:

"Rauf Həbibovun məhkəmədə iştirakı ilə bağlı mənim tərəfimdən verilən vəsatət təmin edilib. Ancaq inandırıcı deyil ki, keçmiş icra başçısı məhkəmənin sonlarına doğru prosesdə iştirak etsin. Onun hüquqlarını bir neçə vəkil qoruyur və yəqin ki, həmin vəkillərin müdafiə etdikləri şəxs yekunlaşmaq üzrə olan məhkəmə iclasına da qatılmayacaq".

Elnarə Əlosmanqızı
AzNews.az