17:25
(077) 610-22-33

Sevinc Babayevanın oğluna külli miqdarda pul verilib

  • >
382 18 Fevral 2013 12:26 | Cəmiyyət

Ayxan Məmmədovun birdən-birə susmasının səbəbi AzNews.az-da



Keçmiş millət vəkili Gülər Əhmədova ilə adı qalmaqallı rüşvət videosunda hallandırılan və Türkiyədə vəfat edən Sevinc Babayevanın oğlu Ayxan Məmmədovla bağlı AzNews.az-a maraqlı məlumat daxil olub.

Belə ki, bir müddət əvvəl anasının Gülər Əhmədova tərəfindən zəhərlənərək öldürüldüyü, bu hadisələrdən sonra ailəsinin mənəvi və maddi baxımdan bir çox problemlərlə üzləşdiyini bildirən A.Məmmədovun "pul sıxıntısı" aradan qalxıb. Məlumata görə, Ayxan Məmmədov problemləri həll etməklə yanaşı, Bakının Novxanı qəsəbəsində yeni ev də tikdirir.

Artıq evin tikintisi başlayıb və işə çox sayda işçi qüvvəsi cəlb edilib. Bu isə A.Məmmədovun evin tikintisini qısa müddətdə yekunlaşdırmaq niyyətində olduğunu göstərir. Bundan başqa mənbə Ayxan Məmmədovun biznes ortaqlığı yaratmaq üçün bəzi iş çevrələri ilə tanış olduğunu da vurğulayıb.

Bu isə bir müddət əvvəl şok açıqlamalarla gündəmə gələn Ayxan Məmmədovun birdən-birə susmasının səbəbi barədə fikirlər səsləndirməyə əsas yaradır.

Qeyd edək ki, mətbuatda Gülər Əhmədovanın Ayxan Məmmədova susması müqabilində külli miqdarda pul vəd etdiyinə dair məlumatlar yayılmışdı.

Orxan
AzNews.az

Bağla X