Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinin və 6 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinin və 6 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Qol saatının içərisində narkotik vasitə keçirməyə cəhd etdi, yaxalandı

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinin və 6 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

AzNews.az Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, 7 il müddətinə azadlıqdan məhrum edilən məhkum İsmayılov Nicat Fərhad oğlunun yanına qısamüddətli görüşə gəlmiş yeznəsi Bakı şəhər sakini Qasımov Ramin Cümşidoviçin üzərinə baxış keçirilib. Nəticədə, onun qolundakı saatın içərisində xüsusi üsulla gizlədilən sellofan bükülüdən çəkisi 0.525 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.