Elşad Abdullayev zərərçəkən qismində tanınacaqmı?

"Gülər Əhmədovaya açılan cinayət işində Elşad Abdullayevi zərərçəkən qismində tanınmayıb". Bu sözləri Modern.az-a açıqlamasında ABU-nun keçmiş rektorunun vəkili Adil İsmayılov Baş Prokurorluq tərəfindən aparılan istintaqın işi ilə bağlı E.Abdullayevin atacağı addımlar barədə sualı cavablandırarkən deyib.

Vəkilin sözlərinə görə, Elşad Abdullayevi bu işdə zərərçəkən qismində tanısalar, ondan sonra bu barədə danışmaq olar. "Odur ki, bu barədə danışmağın bir mənası yoxdur".

Xatırladaq ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. O, hazırda Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılır.