"Əkrəm Əylisli dərsliklərdə saxlanılma haqqını itirib” "Əkrəm Əylisli dərsliklərdə saxlanılma haqqını itirib”

Təhsil Nazirliyi Əkrəm Əylisliyə “əlvida“ deyir

"Əkrəm Əylisli dərsliklərdə saxlanılma haqqını itirib”




9-cu sinif Azərbaycan ədəbiyyatı dərsliyindən Əkrəm Əylislinin "Ürək yaman şeydir" hekayəsinin çıxarılması ilə bağlı Səbail rayonundakı Milli Qəhrəman Eldar Məmmədov adına 189 №-li məktəbin Azərbaycan dili və ədəbiyyat fənn metodbirləşməsinin qaldırdığı təklifə Təhsil Nazirliyi münasibət bildirib.

Nazirliyin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı Modern.az-a açıqlamasında bu təklifi irəli sürənlərin haqlı olduqlarını bildirib.

"Dərslik yazılarkən Əkrəm Əylisli xalq yazıçısı idi və müəyyən titulları var idi. O zaman biz bilmirdik ki, onun sonrakı addımları tədris prosesində problemlər yarada bilər".

Müəllimlərə dərs saatlarının bölüşdürülməsi ilə bağlı sərbəstlik verildiyini deyən F. Şahbazlı qeyd edib ki, onlar Əkrəm Əylisliyə ayrılmış saatı keçmək istəmirlərsə, tamamilə haqlıdırlar.

"Dərslik yenidən çap olununda Əkrəm Əylisliyə ayrılmış əsər çıxarılacaq. Hesab edirəm ki, onu saxlamaq böyük qəbahət olardı və bu yazıçının dərslikdə saxlanılmağa da haqqı yoxdur".

Qeyd edək ki, Səbail rayonundakı Milli Qəhrəman Eldar Məmmədov adına 189 №-li məktəbin Azərbaycan dili və ədəbiyyat fənn metodbirləşməsi "Daş yuxular" adlı əsəri ilə ictimaiyyətin qəzəbinə tuş gələn Əkrəm Əylislinin "Ürək yaman şeydir" hekayəsinin proqramdan və dərslikdən çıxarılması təklifi ilə çıxış edib. Onlar belə fikir yürüdüblər ki, hekayənin bu gün 9-cu sinif şagirdləri tərəfindən oxunacağı inandırıcı deyil.

AzNews.az