Yeni dərs ilində 71 yeni məktəb istifadəyə veriləcək. Yeni dərs ilində 71 yeni məktəb istifadəyə veriləcək.

Məktəb yeni, dərs yeni- 71 məktəb binası şagirdləri gözləyir

Yeni dərs ilində 71 yeni məktəb istifadəyə veriləcək.

Təhsil Nazirliyindən AzNews.az-a verilən məlumata görə, bu il bütün mənbələr hesabına 71 məktəb inşa edilib. Həmin məktəblərdən 61-i modul tipli məktəbdir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur. Həmçinin 12 məktəb binası əsaslı, 460 məktəb cari təmir edilib, 24 məktəb binasında isə cari təmir işləri davam etdirilir. Nazirlikdən bildirilib ki, 1 peşə, 1 uşaq-gənclər, 1 tədris-idman mərkəzi yeni tikilib. 3 ali təhsil müəssisəsinin kampusu və korpusu tikilib, əsaslı təmir olunub.