06:00
(077) 610-22-33

“Azadlıqlarını itirməklə də cəzalana bilərlər”

  • >
312 19 Fevral 2013 13:04 | Cəmiyyət

“İnsanlar bilməlidir ki, təkcə kiçik cərimə ilə deyil, azadlıqlarını itirməklə də cəzalana bilərlər”



"Bir çox hallarda ovçular təşkilatları qanun pozuntusu ilə məşğul olurlar. Yalançı inspektor vəsiqəsi verir, bununla da o adamları təhlükəyə məruz qoyurlar".

APA-nın xəbərinə görə, bunu Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

Onun sözlərinə görə, nəticədə həmin şəxslər özlərinin səlahiyyəti və silahı olmaya-olmaya silahlı brakonyerlərin qarşısına çıxır, həyatlarını riskə atırlar: "Belə hallar qanuna ziddir. Bunlar brakonyerliyin qarşısını almağa kömək etmir, əksinə mənfi təsir göstərir. Bu cür hallarla təkcə ETSN-ın işçiləri deyil, bütün ictimaiyyət, digər təşkilatlar da mübarizə aparmalıdır".

H. Bağırov deyib ki, nazirliyin apardığı reydlər zamanı brakonyerlik hallarına rast gəlinir: "Reydlər zamanı quş və digər heyvan növlərinin qanunsuz ovu ilə rastlaşırıq. Bəzən elə heyvanlar olur ki, o heyvanı sadəcə təbiətə yaşamaq üçün buraxmaq lazımdır. Məsələn, oxatan kirpi sakit heyvan növüdür, onun ətindən də istifadə olunmur. Ancaq bəzən onu da tuturlar və satmağa cəhd edirlər".

Nazir deyib ki, brakonyerliyə qarşı cəzalar sərtləşdirilməlidir: "İnsanlar bilməlidir ki, təkcə kiçik cərimə ilə deyil, azadlıqlarını itirməklə də cəzalana bilərlər.
Bağla X