02:21
(077) 610-22-33

Vahid Əhmədov: “Sahibkarların fəaliyyətinə müdaxilə halları çoxdur”

  • >
832 19 Fevral 2013 13:05 | Cəmiyyət

"Bu qanun sahibkarlara kömək, həmçinin də onların mənafeyini qorumaq məqsədilə verilib. Bu sahibkarlığın müdafiəsi üçün atılan addımdır".

Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov AzNews.az-a prezident İlham Əliyevin parlamentə təqdim etdiyi "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarınınm müdafiəsi haqqında" qanun layihəsini şərh edərkən deyib.

Onun sözlərinə görə qəbul olunan qanunların icra mexanizmində müəyyən problemlər olsa da qanunlar fəaliyyyət göstərir: "Mən deməzdim ki, bütün qanunların icrasında problem var, amma ola bilsin bəzi qanunlarda müəyyən texniki və təşkilati problemlər olduğu üçün onların icrasında da problem yaranır. Sahibkarlıq fəaliyyəti haqqında bu qanunun qəbulu olduqca vacibdir ki, sahibkarlara müəyyən qədər kömək olsun. Çünki sahibkarların fəaliyyətinə müdaxilə halları həddən artıq çoxdur və yoxlamaların vahid mərkəzdən nəzarət altına alınması mexanizmi yoxdur. Yoxlamalar bir neçə təşkilat tərəfindənhəyata keçirilir ki, bu da neqativ haldır. Bu qanun layihəsinin qəbulu ilə bütün bunlara son qoyulacaq".

"Sözügedən qanunun qəbulu ilə sahibkarların incidilməsi hallarına son qoyulacaqmı"-sualına cavabında o "Bu barədə mən nəsə deyə bilmərəm, onu tarix göstərəcək"-deyib.

Gültəkin
AzNews.az


Bağla X