07:41
(077) 610-22-33

Xəzər dənizinindən içməli su kimi də istifadə olunacaq

  • >
364 19 Fevral 2013 13:52 | Cəmiyyət

Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu hazırda test rejimində işləyir



Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çərşənbə günü jurnalistlərə deyib.

Onun sözlərinə görə, ən müasir standartlara cavab verən zavodda suvarma üçün istifadə olunan su təmizlənib. Suyun bir hissəsinin isə içməli su kimi istifadə olunması nəzərdə tutulur. Bunun üçün dəniz suyundakı minerallar tam götürülür və o, yenidən minerallaşdırılır.

"Yəni dəniz suyundakı minerallar tam götürülür, avtomatik olaraq bu suya insan orqanizmi üçün lazım olan minerallar əlavə edilir və çox yüksək keyfiyyətli su əldə olunur", - nazir deyib.

O qeyd edib ki, hazırda zavod test rejimində gündə 4-5 saat işləyir. Hələlik zavodun işi ilə bağlı hər hansı problem yoxdur.

AzNews.az
Bağla X