00:03
(077) 610-22-33

Vaqif Səmədoğlu Ziyalılar Forumunun gələcəyinə inanmır

  • >
3 133 19 Fevral 2013 14:59 | Cəmiyyət

"Bir dəfə Ziyalılar Forumunun toplantısında olmuşam. Orada müzakirə olunan söhbətləri mən hər gün evdə xanımımla edirəm".

Məlumat üçün bildirək ki, bu fikirlərin müəllifi yazıçı Vaqif Səmədoğludur və onun bu fikirləri ciddi rezonansa səbəb olmuşdu.

Bununla bağlı AzNews.az-a açıqlama verən Vaqif Səmədoğlu bunları dedi: "Ziyalılar Forumunda kifayət qədər vətənpərvər, istedadlı adamlar yığılıb. Yığılsınlar, danışsınlar, ancaq belə forumların, belə birliklərin nəsə iddia edəcəyinə mən bir o qədər inanmıram".

Ziyalılar Forumunda təmsil olunanların və orada aparılan müzakirələrin səmimiliyinə ümid etdiyini deyən V.Səmədoğlu bildirib ki, qurum üzvlərinin nəyəsə nail olmaq istədiklərinə ümid edir: "Ümid edirəm ki, onlar səmimi düşünürlər, səmimi söhbətlər edirlər, nəyəsə nail olmaq istəyirlər, belə bir arzudadırlar. Ancaq bunun konkret nəsə verəcəyinə gəldikdə, təcrübəmə əsaslanaraq deyə bilərəm ki, buna inanmıram".

Gültəkin
AzNews.az


Bağla X