"Atam anasının qəbrini Kəlbəcərdə ziyarət edərkən, ermənilər tərəfindən oğurlanıb." "Atam anasının qəbrini Kəlbəcərdə ziyarət edərkən, ermənilər tərəfindən oğurlanıb."

Dilqəm Əsgərovun oğlu ATƏT-in sammitində çıxış etdi - İstəyirəm ki, ad günümü atamla birlikdə keçirim (Video)

"Atam anasının qəbrini Kəlbəcərdə ziyarət edərkən, ermənilər tərəfindən oğurlanıb."

AzNews.az Qafqazinfoya-ya xəbər verir ki, bu sözləri erməni girovluğunda saxlanan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov ATƏT-in Varşavada keçirilən toplantısında çıxış zamanı deyərək, atasına ədalət tələb edib.

"Atam oğurlanarkən çəkisi 95 kiloqram idi, indi isə 45 kiloqramdır. Bizim ailəmiz çox pis vəziyyətdədir. Atamın səhhətində ciddi problemlər var, ürəyində, başında və belində şiddətli ağrılar var. Sizin hamınızın övladları var. Axşam evdə uşaqlarınızla vaxt keçirirsiz. Mən də atamı görmək istəyirəm, atamla oturub söhbət etmək istəyirəm. İstəyirəm ki, ad günümü atamla birlikdə keçirim. Burada çox böyük diplomatlar və səfirlər əyləşib. Sizdən xahiş edirəm ki, atam Dilqəm Əsgərovun tezliklə azadlığa çıxmasına çalışasınız. Atamın heç bir günahı yoxdu. Günahsız insanların girovluqda saxlanılması cinayətdir. "