Rayondan köçərək Bakıya gələn ailə uşaqlarını oxutmaq üçün məktəb tapa bilmir. Rayondan köçərək Bakıya gələn ailə uşaqlarını oxutmaq üçün məktəb tapa bilmir.

Dörd uşaq məktəbsiz qalıb - Ailənin müraciətinə "yox" cavabı verilib (Video)

Rayondan köçərək Bakıya gələn ailə uşaqlarını oxutmaq üçün məktəb tapa bilmir.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, Samirə Salmanova bir müddət əvvəl övladının xəstəliyi ilə əlaqədər paytaxta köçüb.

Bir neçə məktəbə müraciət edən qadın hamısından "yox" cavabı aldığını deyir. İndi hər biri məktəbli olan 4 uşağın oxuması üçün məktəb tapılmır.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ''Xəzər Xəbər''ə bildirildi ki, uşaqların hansısa məktəbə yerləşdirilməsi ilə bağlı idarəyə heç bir müraciət daxil olmayıb. Uşaqların hər hansı bir məktəbə yerləşdirilməsi üçün mütləq idarəyə müraciət edilməlidir. Bundan sonra məsələ araşdırılacaq və uşaqlar ən uyğun məktəbdə təhsil alacaqlar.