Azərbaycanın uğurlu inkişafı bir daha göstərir ki, ölkənin taleyi öz xalqının əlində olduğu halda uğur əldə etmək olar. Azərbaycanın uğurlu inkişafı bir daha göstərir ki, ölkənin taleyi öz xalqının əlində olduğu halda uğur əldə etmək olar.

"Ölkənin taleyi öz xalqının əlində olduğu halda uğur əldə etmək olar" - İlham Əliyev

Azərbaycanın uğurlu inkişafı bir daha göstərir ki, ölkənin taleyi öz xalqının əlində olduğu halda uğur əldə etmək olar.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nyu Yorkda BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı deyib.

Dövlətimizin başçısı bildirib: "Siyasətimizin əsas məqsədi vətəndaşlarımızın rifah halının daha da yaxşılaşdırılmasıdır. 2004-cü ildən etibarən ölkəmizdə əmək haqları 5,6 dəfə, pensiyalar 8,2 dəfə artmışdır. Xarici maliyyə dəstəyi olmadan biz erməni işğalından əziyyət çəkən qaçqın və məcburi köçkünlər üçün təxminən 100 yeni qəsəbə və şəhərcik salmışıq. Bu günə qədər 250 mindən artıq insanın həyat şəraiti yaxşılaşdırılıb, onlara yeni evlər və mənzillər verilib. Həmin şəhərcik və qəsəbələrdə 152 məktəb, 59 tibb mərkəzi və 60 bağça tikilmişdir.

Ümumilikdə, 2004-cü ildən başlayaraq 3000-dən artıq məktəb, 600-dən çox xəstəxana və tibb mərkəzləri tikilmiş, yaxud təmir edilmişdir. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Hər il 5 milyondan artıq insan, yəni ölkə əhalisinin yarısı tamamilə dövlət büdcəsindən maliyyələşən tibbi yoxlamadan keçir".