Azərbaycanın ilk milli telekommunikasiya peyki olan “Azerspace-1” bu gün orbitdə öz yerini tutub Azərbaycanın ilk milli telekommunikasiya peyki olan “Azerspace-1” bu gün orbitdə öz yerini tutub

Peykimiz orbitdə-VİDEO

Azərbaycanın ilk milli telekommunikasiya peyki olan “Azerspace-1” bu gün orbitdə öz yerini tutub



Bu barədə açıqlama verən rabitə və informasiya texnologiyalari naziri Əli Abbasov bildirib ki, yaxın 20 gün ərzində peykin sınağı aparılacaq, daha sonra isə "Azerspace-1" kommersiya fəaliyyətinə başlayacaq.

Nazir qeyd edib ki, 230 milyon manata, başqa sözlə 250 milyon dollara başa gələn peyk 15 il istismar müddəti ərzində ölkəyə 650 milyon dollar gəlir gətirəcək. Gələcəkdə Azərbaycan ərazisində yerləşən yerüstü peyk idarəetmə artacaq.

Azərbaycan peykinin tətbiq sahəsi də genişlənə bilər. Belə ki, gələcəkdə "Azərseys" peyki informasiya imkanlarından yeni tikiləcək neft və qaz boru kəmərlərinin, o cümlədən TANAP-ın idarə edilməsində istifadə olunacaq.

Xatırladaq ki, fevralın 8-də orbitə buraxılan peykin imkanlarının yalnız 20%-i Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80%-i isə kommersiya məqsədilə istifadə ediləcək. Artıq bu resursların 40%-dən artığı 15 il müddətə Malayziyanın "Measat" peyk operatoruna icarəyə verilib.


http://www.youtube.com/watch?feature=player_embedded&v=5LALjNYO0l0#!