Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyatları davam etdirir. Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyatları davam etdirir.

Tbilisidə azərbaycanlıların yaşadığı qəsəbədə növbəti xüsusi əməliyyat keçirilib

Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyatları davam etdirir.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bu gün keçirilmiş əməliyyat nəticəsində narkotik cinayətkarlığında şübhəli bilinən bir nəfər saxlanılıb. Saxlanılan şəxsin günahı sübut olunarsa, onu 7 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, Poniçalada son günlər keçirilmiş xüsusi əməliyyatlar nəticəsində narkotik cinayətkarlığına görə 3 nəfər, ötən ay isə 6 nəfər saxlanılıb.