Ermənistan prezidenti Serj Sarkisyan Yerablura səfər edərkən qarşıdurma yaranıb. Ermənistan prezidenti Serj Sarkisyan Yerablura səfər edərkən qarşıdurma yaranıb.

Sarkisyanın səfəri qarşıdurmaya səbəb oldu

Ermənistan prezidenti Serj Sarkisyan Yerablura səfər edərkən qarşıdurma yaranıb.

AzNews.az AzVision.az-a istinadən xəbər verir ki, Sarkisyan xidməti avtomobilinə minərək ərazidən uzaqlaşmaq istəyərkən 2 qadın ona yaxınlaşmağa çalışıb.

Təhlükəsizlik xidmətinin əməkdaşları yüksək səslə qışqırmağa başlayan qadınların əllərindən tutaraq, onlara zor tətbiq ediblər.

“Canilər, cinayətkarlar. Öz evinizdə yeyib-içib yatırsınız, mən uşağımla küçədə qalmışam. Erməni xalqı, bizim yanımızda dayanın, burada rəhbərlik yoxdur, mənim evim yoxdur”- deyə etirazçı qadınlar qışqıraraq Sarkisyana səsləniblər.