Həyatı uzatmaq və ürək-damar xəstəliklərinin riskini azaltmaq üçün, insan həftədə 150 saat fiziki aktiv olmalıdır Həyatı uzatmaq və ürək-damar xəstəliklərinin riskini azaltmaq üçün, insan həftədə 150 saat fiziki aktiv olmalıdır

Ömrü yüngül və effektiv uzatmağın üsulu - alimlər açıqladı

Həyatı uzatmaq və ürək-damar xəstəliklərinin riskini azaltmaq üçün, insan həftədə 150 saat fiziki aktiv olmalıdır

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Makmaster universitetinin alimlərinin apardığı tədqiqatın nəticəsini bunu deməyə əsas verir.

Tədqiqatın müəlliflərindən biri olan alim Scott Learın sözlərinə görə, bunun üçün mütləq trenajora, üzgüçülüyə getmək lazım deyil. Sadəcə işdən əvvəl və sonra piyada gəzmək, evdə təmizlik işləri görmək kifayətdir.

Tədqiqatda 17 ölkədən 130 mindən çox insan iştirak edib. İştirakçıların sosial və iqtisadi statusu, həyat tərzi, xəstəlik tarixləri nəzərə alınıb. Həmçinin, anketdə mütəmadi olaraq idmanla məşğul olub-olmadıqları sorğulanıb.

Yeddiillik müşahidələrdən sonra alimlər nəticəyə gəldilər ki, beş gün boyunca yarımsaatlıq fəallıq 28% ölümün riskini, ürək xəstəliklərinin 20%-ni aşağı salır. Fiziki yüklənmənin intensivliyinin artımı daha çox nəticələri yaxşılaşdırdı: həftədə 750-dəqiqədən çox sürətli yeriməyə ayıran insanlarda vaxtından əvvəl ölümün riski 36% azalır.