- Köhnə - Cəmiyyət
- 22 Sentyabr 2017 17:15
- 4 988
Rüşvət üstündə tutulan bələdiyyə sədri öldü
Bakıda həbsdə olan bələdiyyə sədri vəfat edib.
APA-nın məlumatına görə, hadisə bir neçə gün əvvəl Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada müalicə alan məhbus, 1949-cu il təvəllüdlü Cavanşir Aslan oğlu Məmmədov xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, C. Məmmədov Balaxanı qəsəbə bələdiyyəsinin sədri olub. O, 2010-cu ildə rüşvət almaqda ittiham olunaraq həbs edilib.
AzNews.az