Yarandığı 1 il ərzində "missiya.az" saytı böyük uğurlara imza atıb. Yarandığı 1 il ərzində "missiya.az" saytı böyük uğurlara imza atıb.

"Missiya.az" xəbər portalı 1 yaşını qeyd edir

Yarandığı 1 il ərzində "missiya.az" saytı böyük uğurlara imza atıb.

AzNews.az xəbər verir ki, 24 saat onlayn rejimdə fəaliyyət göstərən Missiya.Az-ın rusdilli versiyası bir neçə aydır ki, oxucuların ixtiyarına verilib və artıq bu istiqamətdə də uğurlu nəticələr qeydə alınır. Portalın baş redaktoru İdrak Camalbəyli bildirib ki, yeni yaranmış informasiya resursunun tanıdılması və populyarlaşdırılması çox çətin məsələdir:

"Azərbaycanın internet məkanında kifayət qədər sayt var. Onların içində xəbər resursu kimi fəaliyyət göstərən ciddi media orqanları ilə rəqabət aparmaq çox çətindir. Amma buna baxmayaraq biz ötən bir il ərzində Missiya.Az-ı tanıtdıra və özünün oxucu dairəsini yarada bildik. Media məkanında xəbərlərimizdən demək olar ki, hər gün bu və ya digər dərəcədə istifadə olunur. Həm ictimai-siyasi, həm sosial-iqtisadi, həm də dövrün tələbinə uyğun olaraq əyləncəli xəbərlərlə işləyirik. Əməkdaşlarımız Türkiyə, Rusiya mətbuatından maraqlı xəbərlər tərcümə edir. Bundan başqa, aktual mövzulara, milli məsələlərə dair analitik məqalələr və müəllif yazılarına da geniş yer veririk. Çalışırıq ki, fəaliyyətimizdə jurnalistlərin peşə davranışı kodeksinə maksimum riayət edək, qərəzdən və qeyri-obyektivlikdən uzaq olaq".

İ.Camalbəyli onu da bildirib ki, qarşıdakı müddətdə Missiya.Az öz fəaliyyətini daha da genişləndirəcək: "Sıralarımızı böyütməyə, texniki imkanlarımızı daha da gücləndiriməyə çalışırıq. Hədəfimiz daha böyük izləyici auditoriyası toplamaqdır. Bu istiqamətdə konkret fəaliyyət proqramımız var. Axsayan və üstün tərəflərimizi təhlil edirik ki, növbəti mərhələlərdə büdrəməyək".