“Uşaq mövzusunun üzərində şou qurmaq olmaz”. “Uşaq mövzusunun üzərində şou qurmaq olmaz”.

ARB qalmaqalına Uşaq Birliyindən sərt reaksiya: "Bu ona əsas vermir ki..."

“Uşaq mövzusunun üzərində şou qurmaq olmaz”.

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ARB kanalında aparıcı Elgiz Əkbərlə sığınacağın koordinatoru Vasif Akifli arasında baş verən qalmaqala aydınlıq gətirərkən deyib. Kəmalə Ağazadə qeyd edib ki, Vasif Akifli sözü gedən verilişdə öz mövqeyini ortaya qoyub:

“Uşaqlarını əməyə məcbur edən valideynlərə üzümü tuturam. Biz belə hadisələrin əleyhinəyik. Vasif Akifli də dünənki verilişdə öz mövqeyini ortaya qoyub. Düşünürəm ki, onun mövqeyi düzdür. Bu uşaq əməyinin istismarına gətirib çıxardır. El şənliyində ata-ana tablosu yaradaraq uşaqdan istifadə etmək olmaz. İstedadınız varsa, gedin pulunuzu özünüz qazanın. Uşaq məktəbdə və yaradıcılıq mərkəzlərində olmalıdır”.

Kəmalə Ağazadə vurğulayıb ki, icki məclislərində, el şənliklərində uşaq “Xatuba” oxuyursa, bu onun inkişafı üçün deyil: “ Əgər mövzunu konkret qoyurlarsa, söhbət orada uşağın müdafiəsindən gedirsə və mütəxəssis dəvət olunursa, ona fikrini deməyə şərait yaradılmalıdır. Bir çox kanallarda ekspert və mütəxəsislərlə aparıcıların yeri dəyişik düşür. Biz kanallarla işləyirik və məqsədimiz əhalini maarifləndirməkdir”.

Sədr sözü gedən qalmaqalın səbəbkarı Nuray Rəhmanla bağlı da fikirini bildirib: “Nuray həqiqətən bizim yaralı yerimizdir. Azərbaycanda uşaq hüquqları konvensiyası var. Biz ona qoşulmuş dövlət olaraq qanunlara riayət edirik. Orada uşaq əməyinin istismarı da ağ-qara kimi yazılıb. Ata- ananın durumu ağır ola bilər. Bu ona əsas vermir ki, özü ilə bərabər banketlərdə toy məclislərində uşağının çıxışını təşkil eləsin. Gecə məclislərində uşaqlar olmamalıdır. Biz uşağın səhnədən çıxış etməyinin tərəfdarı deyilik. O, toylarda iştirakının müqabilində vəsait alır. Həmin ailələrin cibinə gedir. Gedin işləyin, uşağınız sayəsində pul qazanmayın”.

Bahar RÜSTƏMLİ

AzNews.az