Azərbaycandan göndərilən “Ka 32A” helikopteri və Gürcüstana məxsus iki helikopter bu gün səhərdən Borjomi rayonundakı Tsaqveri kurort qəsəbəsi yaxınlığında (Samtsxe-Cavaxeti regioununda) yanğının söndürülməsi əməliyyatlarında iştirak edir. Yanğın artıq lokallaşdırılıb. Azərbaycandan göndərilən “Ka 32A” helikopteri və Gürcüstana məxsus iki helikopter bu gün səhərdən Borjomi rayonundakı Tsaqveri kurort qəsəbəsi yaxınlığında (Samtsxe-Cavaxeti regioununda) yanğının söndürülməsi əməliyyatlarında iştirak edir. Yanğın artıq lokallaşdırılıb.

FHN-nin helikopteri Borjomi ərazisindəki yanğının söndürülməsində fəal iştirak edir - Zurab Alavidze

Azərbaycandan göndərilən “Ka 32A” helikopteri və Gürcüstana məxsus iki helikopter bu gün səhərdən Borjomi rayonundakı Tsaqveri kurort qəsəbəsi yaxınlığında (Samtsxe-Cavaxeti regioununda) yanğının söndürülməsi əməliyyatlarında iştirak edir. Yanğın artıq lokallaşdırılıb.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın regional inkişaf və infrastruktur naziri Zurab Alavidze “İmedi” televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, sentyabrın 22-dən başlayan yanğın qəsəbənin yaxınlığında 4 hektardan çox ərazini məhv edib. Hazırda yeni yanğının daha geniş ərazilərə yayılma ehtimalı yoxdur. Yanğının söndürülməsi üçün bu gün Türkiyədən də iki helikopter gələcək. Hazırda yanğının söndürülməsində 3 helikopter, 18 yanğınsöndürən maşın, 250 yanğınsöndürən, Daxili İşlər Nazirliyinin xüsusi işlər üzrə 300 əməkdaşı iştirak edir.