11:51
(077) 610-22-33

Nazirlik rəsmisi kinoteatrların durumundan danışdı

  • >
442 20 Fevral 2013 10:28 | Cəmiyyət

"Vaxtilə Bakıda 22-dən də artıq kinoteatr vardı. Amma 20 yanvar faciəsindən sonra kinoya maraq öldü və kinoteatlara olan maraq azaldı".

Bunu AzNews.az-a Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müavini Yusif Şeyxov bildirdi. Onun sözlərinə görə, videonun geniş inkişaf etməsi, televiziyalarda xarici serialların kütləvi yayımı və s. amillər kinoteatra olan marağın qarşısını aldı:

"Sonra kinoteatrlar özəlləşməyə başladı. Amma kinoteatrların yeni sahibləri həmin binalardan təyinatı üzrə istifadəyə üstünlük vermədi. Sahibkarlar aldığı binaya uzun müddət laqeyd yanaşdılar. Son illərdə isə bu tendensiya qırılmağa başlayıb. Çoxzallı kino nümayişi müəssisələri yaranır ki, onun da bir neçəsi artıq Bakıda var. Bu da kinoteatrların inkişafına yol açır."

Bahar Rüstəmli
AzNews.az
Bağla X