- Köhnə - Cəmiyyət
- 20 Fevral 2013 10:38
- 2 976
Azərbaycanın İranda daha üç konsulluğu açılacaq
APA-nın "FarsNews"a istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov Mazandaran vilayətinin sənaye və ticarət palatasının nümayəndələri ilə görüşdə bildirib.
Onun sözlərinə görə, bu konsulluqların açılması fəaliyyət sahəsinin genişlənməsi üçün imkanlar yaradacaq.
Səfir qeyd edib ki, Azərbaycanın Təbrizdəki konsulluğu münasibətlərin, o cümlədən ticarət əlaqələrinin inkişaf etdirilməsində mühüm rol oynayır.
Diplomat iki ölkə arasında daha sıx iqtisadi əlaqələrin qurulması üçün bu ilin aprel ayında Azərbaycan-İran birgə iqtisadi komissiyasının iclasının keçirilməsini təklif edib.
AzNews.az